ain.az bildirir, Avtosfer portalına istinadən.
Yaxın Şərqdəki böhran Avropanın bütün ölkələrində yanacaq qiymətlərinin artması ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, artım sürücülərin davranışına da təsirsiz ötüşmür.
“Coyote” təşkilatının bir neçə ölkədə araşdırması zamanı məlum olub ki, yanacağın bahalaşması nəticəsində avtomobillə hərəkət intensivliyi 15 faiz azalıb. Bu, əsasən uzaq yola şəxsi avtomobillə gedənlərin sayının azalmasında özünü göstərir.
Ən ciddi geriləmə Belçikadadır. Ölkənin paytaxtı Brüsseldə şəxsi avtomobildən istifadə 20 faizədək azalıb.
Yanacaq bahalaşdığı üçün Avropa ölkələrində avtomobillərin orta sürəti də azalıb. Avtomobil sahibləri daha qənaətcil rejimdə sürməyə üstünlük verirlər.
Vüqar
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.