AZ

Armando Mema: “Finlandiya NATO dan çıxmağı düşünməlidir”

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Finlandiyalı siyasətçi hakimiyyəti NATO-dan çıxmağı nəzərdən keçirməyə çağırıb

“Finlandiya Şimali Atlantika Alyansından çıxmağı düşünməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Finlandiya Azadlıq Alyansı” Partiyasının üzvü Armando Mema “X” sosial media səhifəsində yazıb.

"İndi ABŞ NATO-dan çıxmaqla hədələyir. Finlandiya ittifaqdan çıxma ehtimalı ilə bağlı müzakirələrə yenidən başlamalıdır", - deyə bildirib.

Siyasətçi qeyd edib ki, Finlandiya Alyansa "ABŞ sayəsində" qoşulub.

"The National Interest" əvvəllər Finlandiyanın NATO müttəfiqləri tərəfindən nüvə silahı ilə təchiz edilə biləcəyi barədə məlumat vermişdi. Mediada yer alan məlumatlara görə, Rusiyanın yaratdığı təhlükənin qarşısını almaq üçün Fransanın nüvə silahlarının Helsinkiyə köçürülməsi ehtimalı nəzərdən keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
ayna.az

1Mənbələr