AZ

Azərbaycan və Qırğızıstanın KOB subyektləri arasında əlaqələr genişləndiriləcək

Ölkəmizə səfərləri çərçivəsində Qırğızıstan Parlamentinin deputatı Medina Kayrılbekova və iqtisadiyyat və ticarət nazirinin müavini Sultan Axmatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında işgüzar əlaqələrin mövcud vəziyyətinə və biznes sahəsində mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Tərəflər KOB subyektləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin, KOBİA-nın Azərbaycanın KOB evləri ilə bağlı təcrübəsini Qırğızıstan tərəfi ilə bölüşməyə hazır olduğu qonaqların diqqətinə çatdırılıb, KOB evlərinin fəaliyyəti barədə məlumat verilib.

Qırğızıstan nümayəndə heyəti “Bakı KOB evi”ndə sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə də tanış olublar.

Seçilən
12
vergiler.az

1Mənbələr