AZ

Bleyan: Moskvanı Bakı ilə birgə dayandıra bilərik

BAKI, 10 aprel. TELEQRAF

“Ermənistan Rusiyadan gələn təhdidləri Azərbaycanla münasibətləri tam normallaşdırmaqla ala bilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Uğrunda” partiyasının xarici işlər katibi Arnold Bleyan deyib.

Ekspert bildirib ki, Rusiya Ermənistanda demokratiyanın inkişafını və Azərbaycanla sülh prosesini əngəlləməyə çalışır:

“Qorxu aşılamağa, panika yaratmağa və rəngləri tündləşdirməyə çalışırlar, çünki dilə gətirdikləri bütün risklər idarəolunandır. Amma Azərbaycan və Türkiyə ilə daha konstruktiv əməkdaşlığa, blokadanın qaldırılmasına, yekun sülh müqaviləsinin imzalanmasına, sərhədlərin açılmasına və ticarətin inkişafına nə qədər çox nail ola bilsək, bütün bu təhdidlər havaya sovrulacaq.

Mariya Zaxarova vaxtilə bizi taxılla qorxudurdu, indi isə Qazaxıstan kimi alternativimiz var. İstəsək, Ukrayna və Misirdən də alternativlərimiz olacaq. Ona görə də, Rusiya bizi Yuxarı Lars yolunu bağlamaqla qorxuda bilməz. Əgər buna getmək istəyirlərsə, olsun, uduzacaqlar”.

Arnold Bleyan Rusiyanın şantajlarının iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqəli olduğunu qeyd edib.

Seçilən
12
teleqraf.com

1Mənbələr