AZ

Manamadakı ABŞ səfirliyi fəaliyyətini qismən bərpa edir

Manamadakı

ABŞ-ın Bəhreyndəki səfirliyi İranla əldə olunmuş atəşkəs rejimi fonunda ölkədəki amerikalılar üçün bütün təhlükəsizlik tövsiyələrini ləğv edib və onlara sığınacaqları tərk etməyə icazə verib.

Xalqcebhesi.az xəbər verir ki, müvafiq bəyanat səfirliyin saytında yerləşdirilib.

"ABŞ-ın Manamadakı səfirliyi sığınacaqlarda qalmaqla bağlı tövsiyələri ləğv edir", — deyə məlumatda bildirilir.

Bununla belə, diplomatik nümayəndəlik ABŞ vətəndaşlarını ayıq-sayıq olmağa və Bəhreyn rəsmilərinin rəsmi məlumatlarını izləməyə çağırıb. Səfirlik məhdud rejimdə fəaliyyətini davam etdirir və standart xidmətlərinin yalnız bir hissəsini göstərir.

Məryəm Quliyeva

Seçilən
14
1
xalqcebhesi.az

2Mənbələr