AZ

İstanbulda mütəşəkkil cinayətkarlıq əməliyyatı - 18 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar qruplaşmanı hədəf alan əməliyyatlarda 18 şübhəli saxlanılıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Anadolu Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, ünvanlarda aparılan axtarışlar zamanı 5 ədəd sənədsiz tapança, 1 ədəd nasosla işləyən ov tüfəngi, 97 ədəd müxtəlif çaplı güllə, 5 ədəd ov tüfəngi patronu, müxtəlif çeklər və veksellər müsadirə edilib.

Əməliyyat çərçivəsində saxlanılan şəxslər dindirilmək üçün İstanbul Polis İdarəsinə aparılıblar. İstintaq davam edir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr