Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçiriləcək.
Çempionatın aşkar autsayderi olan “Karvan-Yevlax” öz meydanında “Kəpəz”i qəbul edəcək. “Karvan-Yevlax” bu mövsüm yeganə qələbəsini 2-ci turda “Kəpəz”lə matçda əldə edib – 3:2. Komandaların 12-ci turdakı qarşılaşmasında isə “Kəpəz” 2:1 hesablı qələbə qazanıb. Yevlax klubu ötən tur “Qarabağ”a 0:7 hesabı ilə məğlub olub. “Kəpəz” isə Yevlaxda “Qəbələ”yə uduzmuşdu – 0:2.
10 aprel (cümə)
Misli Premyer Liqası, 27-ci tur
15:30. “Karvan-Yevlax” – “Kəpəz”
Yevlax şəhər stadionu
11 aprel (şənbə)
15:30.“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu
18:00.“Sabah” – “Zirə”
“Bank Respublika Arena”
20:00.“Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”
12 aprel (bazar)
15:30.“Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu
18:00/“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu