AZ

Şuşa və Naxçıvanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə yerli məsləhətləşmələr keçiriləcək - BMT nümayəndəsi

Bakı.Trend:

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Şuşa və Naxçıvanda keçiriləcəktədbirlər proqramı artıq müəyyənləşdirilib. Nazir müavinləri butədbirlərin tarixlərini artıq razılaşdırıblar. Biz 29-30 apreltarixlərində Şuşada, 7-8 may tarixlərində isə Naxçıvandaolacağıq.

Trend xəbər verirki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisiİqor Qarafuliç bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrəƏməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsininiclasında deyib.

O bildirib ki, bu səfərlər çərçivəsində yerli icra orqanları iləməsləhətləşmə seminarları keçiriləcək, onların Dayanıqlı İnkişafMəqsədlərinə baxışları öyrəniləcək. Eyni zamanda universitetlərdəmaarifləndirmə tədbirləri və yerli səviyyədə dialoqlar təşkilolunacaq: "Hazırda biz hamımızın olmaq istədiyi yerdəyik – artıqsahədə fəaliyyət göstəririk.

Fevral ayında bəzi həmkarlarla görüşümüz olmuşdu və məhz həminvaxt bu sessiyanın hazırlıqlarına başlamışdıq. Məqsədimiz busessiyanı səmərəli, məhsuldar və konkret nəticələrə yönəlmişşəkildə təşkil etmək idi. Həmin görüşdə birgə iş planlarımızıhazırladıq və artıq onların həyata keçirilməyə başlanmasıgördüyümüz işin səmərəliliyini göstərir".

BMT nümayəndəsi eyni zamanda vurğulayıb ki, yeni əməkdaşlıqçərçivəsi daha fokuslanmış və prioritetləşdirilmişdir: "Bu çərçivəAzərbaycanın milli inkişaf strategiyasına və dəyişən ölkəkontekstinə uyğunlaşdırılıb.

Fevral ayında keçirilmiş nəticə qruplarının iclasları 2026-cı ilüzrə prioritetlərin nəzərdən keçirilməsi üçün mühüm platforma oldu.Bu görüşlər zamanı təkmilləşdirmə sahələri müəyyənləşdirildi vəhökumətlə BMT arasında koordinasiya daha da gücləndirildi. Bumüzakirələrin nəticələri bu gün təqdim olunacaq və ümid edirik ki,sizin tərəfinizdən təsdiqlənəcək.

Qeyd etmək istərdim ki, əməkdaşlıq çərçivəsinə dair bütünməlumatlar artıq “UN Info” platformasında ictimaiyyət üçün açıqdır.Bu, BMT proqramları və xüsusilə maliyyələşmə ilə bağlı şəffaflığıtəmin edir. Bundan əlavə, 2025-ci il üzrə illik hesabatlar iyunayına qədər ictimaiyyətə təqdim olunacaq və ümumi nailiyyətlərimizbarədə geniş məlumat verəcək".

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr