AZ

"Texnologiyalar fərdiliyi zəiflədir” fikrinin əksini sübut edirik - DİM

“Tez-tez eşidirik ki, texnologiyalar insanın fərdiliyini zəiflədir. DİM-də biz bunun əksini sübut etməyə çalışırıq”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı qurumun İdarə Heyətinin sədri Məleykə Abbaszadə səsləndirib.

“Texnologiyalar şəffaflığı və imkanların bərabərliyini qoruyur. DİM-də tətbiq olunan "Bunker", onlayn proktorinq (nəzarət) sistemləri, tapşırıqların generasiyası və qiymətləndirilməsi alqoritmləri prosesin obyektivliyini təmin edən əsas alətlərdir.

Biz etibarın yoxlanıla bilən prosedurlara əsaslandığı intellektual infrastruktur qurmuşuq. Bu yanaşma qlobal mühitdə beynəlxalq qiymətləndirmə standartları ilə inteqrasiya olunaraq qəbul edilmiş modelə çevrilib.

Hər il 15 milyondan çox elektron xidmət təqdim etməklə rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edirik”.

Seçilən
12
azedu.az

1Mənbələr