AZ

Quba–Xınalıq yolunda torpaq və qaya parçaları yola tökülüb

Quba–Xınalıq yolunda yağışla bağlı torpaq və qaya parçaları yola tökülüb.

APA-nın bölgə müxbirinin məlumatına görə, hadisə Quba–Xınalıq avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Yolda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
İlkin məlumata əsasən, buna son günlər müşahidə olunan yağıntılı hava şəraiti səbəb olub.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda yolun təmizlənməsi və nəqliyyatın hərəkətinin bərpası istiqamətində işlər aparılır.

Xanım Məmmədova

Seçilən
33
1
apa.az

2Mənbələr