AZ

"Turan Tovuz" Ehtiram Quliyevə görə AFFA-ya etiraz edəcək? - klub rəsmisi açıqladı

Məlum olduğu kimi, "Turan Tovuz" AFFA İntizam Komitəsinin dünən keçirilən iclasında klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevə görə 15000 manat cərimə edildi.

Federasiyanın müvafiq qərarında bildirildi ki, funksioner ölkə kubokunda yarımfinalın “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan, açıqlamalar verib.

Maraqlıdı, bəs, klub cəriməylə bağlı apellyasiya şikayəti edəcəkmi? Bu sualla müraciət etdiyimiz "bozqurd"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev şikayət etməyəcəklərini dedi.

Xatırladaq ki, tovuzlular həm də azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.

KƏNAN BAHADIR

Seçilən
4
football-plus.az

1Mənbələr