AZ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlaması

Son günlər bəzi sosial media platformalarında və Telegram kanallarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır və heç bir etibarlı mənbə tərəfindən təsdiqlənmir.

Belə miqyaslı və ciddi təhlükəsizlik xarakterli hadisə baş verdiyi təqdirdə, bu barədə aparıcı beynəlxalq media qurumları və rəsmi mənbələr tərəfindən dərhal məlumat yayılardı. Hazırda isə bu iddiaları təsdiqləyən heç bir mötəbər informasiya mövcud deyil.

Bu kimi məlumatlar regionda süni gərginlik yaratmağa və yanlış təsəvvür formalaşdırmağa yönəlmiş dezinformasiya cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikası beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və regional sabitliyə sadiqdir. Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq.

1/1
Seçilən
35
3
media.gov.az

4Mənbələr