AZ

MEDİA dan yalan məlumatlarla bağlı AÇIQLAMA

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər bəzi sosial media platformalarında və "Telegram" kanallarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, iddialar heç bir etibarlı mənbə tərəfindən təsdiqlənmir:

"Belə miqyaslı və ciddi təhlükəsizlik xarakterli hadisə baş verdiyi təqdirdə, bu barədə aparıcı beynəlxalq media qurumları və rəsmi mənbələr tərəfindən dərhal məlumat yayılardı. Hazırda isə bu iddiaları təsdiqləyən heç bir mötəbər informasiya mövcud deyil. Bu kimi məlumatlar regionda süni gərginlik yaratmağa və yanlış təsəvvür formalaşdırmağa yönəlmiş dezinformasiya cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər".

Azərbaycan Respublikası beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və regional sabitliyə sadiqdir. Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
7
bakivaxti.az

8Mənbələr