AZ

Hörmüzdəki prosesin Türkiyə boğazlarına təsiri: İran bu yolla müharibəni...

Hörmüz boğazında artan gərginlik qlobal enerji bazarlarını və beynəlxalq hüquq sistemini ciddi sınaq qarşısında qoyub. İranın atəşkəs danışıqları çərçivəsində boğazdan keçən gəmilərdən hər biri üçün milyonlarla dollar tranzit haqqı tələb etməsi dünya neft nəhənglərinin kəskin reaksiyasına səbəb olub.

Publika.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bu addım yalnız iqtisadi deyil, həm də hüquqi baxımdan geniş müzakirələr doğurub.

ABŞ-İsrail və İran arasında bir aydan çox davam edən qarşıdurmadan sonra əldə olunan kövrək atəşkəsin əsas məqsədi regionda sabitliyi bərpa etmək idi. Lakin İranın yeni tələbi vəziyyəti daha da mürəkkəbləşdirib.

Ekspertlər hesab edir ki, əgər Hörmüz boğazı kimi beynəlxalq əhəmiyyətli bir su yolunda bu cür birtərəfli qərarlar qəbul edilərsə, bu, digər regionlar üçün də təhlükəli presedent yarada bilər. Belə ki, gələcəkdə Rusiya Arktikada, Çin Cənubi Çin dənizində, hətta ABŞ Sakit okeanda oxşar iddialarla çıxış edə bilər.

Beynəlxalq hüquq mütəxəssisləri İranın bu addımını ciddi qanun pozuntusu kimi qiymətləndirirlər. Onların fikrincə, 1982-ci il dəniz hüququ üzrə konvensiyaya əsasən, bütün dövlətlər üçün naviqasiya azadlığı təmin olunmalıdır.

Seçilən
6
publika.az

1Mənbələr