AZ

Hörmüz boğazındakı gərginlik Azərbaycanı da “vurur” Nələr bahalaşacaq?

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və İsrailin İrana təcavüzü nəticəsində başlayan müharibədə atəşkəs elam olunsa da Hörmüz boğazı ətrafında gərginlik və qeyri-müəyyənlik davam edir. Bu da qlobal ticarətə ciddi təsir göstərir. Bu strateji marşrutun məhdudlaşması neftlə yanaşı, ərzaq və digər vacib məhsulların daşınmasını çətinləşdirir və dünya bazarında qiymət artımına səbəb olur. İdxaldan asılı olan Azərbaycan üçün də bu proses daxili bazarda bahalaşma riskini artırır, xüsusilə gündəlik tələbat mallarında. Belə şəraitdə qiymətlər Azərbaycan iqtisadiyyatına necə təsir edir? Yerli istehsalın artırılması bu cür böhranların təsirini nə dərəcədə azalda bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib ki,Yaxın Şərqdə baş verənlər və dünya enerji bazarında müşahidə olunan gərginliklər fonunda, qlobal neft nəqlinin təxminən 20 faizi, sıxılmış maye qaz nəqlinin isə 30-35 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir.

Onun sözlərinə görə, bu marşrutlarda tranzit haqlarının artırılması və risk xərclərinin yüksəlməsi qlobal bazarlarda ciddi təsirlər doğurur:“Yaxın şərqdə baş verənlərin yanacaq qiymətlərinə təsiri tranzit haqlarına təzyiq yaradır. Tranzit haqları və əlavə sığorta xərcləri üzrə tanker başına 1,5-2 milyon ABŞ dolları səviyyəsindədir. 2026-cı ilin mart ayından etibarən təqribən 40-50 faiz artmışdır. Bu da o deməkdir ki, nəticədə neftin dünya bazar qiyməti 100-130 dollar/barel intervalına yüksəlmişdir. Enerji xərclərinin artımı birbaşa istehsal, logistika və xidmət sektorlarına ötürülür, bu da yanacaq və nəqliyyat xidmətlərinin qiymətlərini 15-25 faiz artırır”.

Ekspert qeyd edib ki, enerji qiymətlərində hər 10 faiz artım qlobal inflyasiyanı təxminən 0,4 faiz bəndi artırır: “Hazırkı şəraitdə qiymətlərin 30-35 faiz yüksəlməsi inflyasiyanı 1,2-1,5 faiz bəndi artırmaq potensialına malikdir. Belə olduğu halda qlobal qiymət artımı əsasən, nəqliyyat və logistika üzrə 15-25 faiz, kənd təsərrüfatı və ərzaq məhsulları üzrə 10-20 faiz, sənaye məhsulları üzrə isə 5-15 faiz artmışdır. Müharibə riskləri qeydə alınarkən daşımalar altenativ marşrutları aktivləşdirir. Alternativ marşrutlar (Afrika ətrafı, boru kəmərləri) isə məsafəni 2-3 dəfə artırır, vaxt itkisində 30-50 faiz gecikmə yaradır. Alternativ marşrut xərcləri əsas marşruta nisbətən 15-25 faiz əlavə yüklənmə tələb edir və nəticədə alternativ marşrutlar yalnız qismən həll yolu təmin edir və qlobal tələbatın tam ödənilməsinə yetmir”.

İqtisadçı bildirib ki, strateji boğazlarda məhdudiyyətlər yalnız neftin daşınmasına deyil, LNG, gübrə, kənd təsərrüfatı məhsulları və sənaye xammallarına da təsir edir: “Məsələn, gübrə ixracatında qiymətlər 30-40 faiz artmışdır. Sıxılmış maye qaz üzrə də artım tendensiyası müşahidə olunmaqdadır. Bu artımlar ərzaq və sənaye məhsullarının qiymətlərində əlavə artım riski yaradır. Qısaca desək, tranzit haqları və təhlükəsizlik riskləri qlobal neft qiymətlərinə 30-35 faiz artım təzyiqi yaradır. Bu artım qlobal inflyasiyanı qısa müddətdə 1-1,5 faiz bəndi, bəzi regionlarda isə daha yüksək səviyyədə sürətləndirir. Alternativ marşrutların məhdudluğu bu təsirlərin neytrallaşdırılmasını çətinləşdirir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
azpolitika.info

1Mənbələr