AZ

Gümrüdə siyasi kartlar yenidən paylanır: Vardan Qukasyan Samvel Karapetyanı dəstəkləyəcək – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Hraparak" qəzetinin yaydığı məlumata görə, Gümrünün keçmiş meri Vardan Qukasyan Ermənistanın ikinci böyük şəhərində iş adamı Samvel Karapetyanın mütləq qələbəsini təmin etmək üçün hərəkətə keçib. Əvvəllər Robert Köçəryana sadiqliyi ilə seçilən Qukasyan və komandası, iyunun 7-də keçiriləcək seçkilərdə üstünlüyü Karapetyanın "Güclü Ermənistan" partiyasına verib. Hətta Qukasyanın kürəkəni olan hazırkı mer müavini həmin partiyanın namizədlər siyahısında yer alıb.

Bu siyasi yerdəyişmə fonunda rəqabət daha da kəskinləşib; belə ki, Qukasyanın rəqibi Martun Qriqoryan Qaqik Tsarukyanın "Ermənistan Təklifi" komandasına qoşulub. Robert Köçəryan isə bölgədə ciddi dəstək itkisi ilə üzləşərək yalnız yerli daşnakların köməyinə ümid bağlamalı olub. 

Son rəy sorğuları da göstərir ki, Şirak vilayəti hazırda Köçəryan üçün ölkənin ən zəif nöqtəsinə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr