AZ

Qorxulu virus: 106 nəfər xəstəxanalıq oldu

Rusiyanın Vladimir vilayətinin Murom şəhərində dəhşətli kütləvi zəhərlənmə hadisəsi baş verib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, yerli bulaq suyundan istifadə edən 106 nəfər kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya müraciət edib, onlardan 50-si ağır vəziyyətdə hospitala yerləşdirilib.

Mütəxəssislərin ilkin rəyinə görə, kütləvi zəhərlənmənin səbəbi yüksək yoluxuculuğu ilə seçilən norovirusdur.

Virusoloq Anatoli Altşteyn bu virusun insan sağlamlığı üçün ciddi risklərini açıqlayıb: “Orqanizmə daxil olan virus nazik bağırsaqda çoxalır, güclü ishal, qusma və yüksək hərarət yaradır. Xəstəliyin simptomları 1-2 gün ərzində özünü büruzə verir”.

Altşteyn bildirib ki, norovirus xarici mühitdə uzun müddət sağ qalma bacarığına malikdir və sanitar qaydalara əməl edilməyən su mənbələrindən sürətlə yayılır.

Seçilən
19
publika.az

1Mənbələr