AZ

Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə 6 iyun 2026-cı il tarixində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu təşkil olunacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Forum Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək və “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri” mövzusuna həsr olunacaq.

Bildirilib ki, tədbirin əsas məqsədi Avropada müxtəlif mühəndislik sahələrində çalışan azərbaycanlı mütəxəssisləri və gənc alimləri bir araya gətirmək, onların şəbəkələşməsini gücləndirmək və Azərbaycanla elmi-praktik əməkdaşlığı genişləndirməkdir.

Forumda Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndislərlə yanaşı, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin, həmçinin Almaniyanın nüfuzlu universitet və tədqiqat mərkəzlərinin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Qeyd olunub ki, forumda iştirak etmək istəyən azərbaycanlı mühəndislər üçün qeydiyyat prosesi açıqdır.

Seçilən
12
turkic.world

1Mənbələr