Bakı. Trend:
Bir sıra təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzərivə praktiki biliklərinin xüsusi qaydalar üzrə sertifikasiyaəsasında qiymətləndirilməsi aparılacaq.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Əmək Məcəlləsi və "Təhsil haqqında" Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminədaxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və buqəbildən olan digər dövlət təhsil müəssisələrində işləyəntəhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yoluilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasındaqiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.
Belə ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiyanəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarlaməhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıqgöstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatəolunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performansdəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdətutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır vəmüasir təcrübə ilə uyğunlaşmır.
Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılmasıvə məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydıntənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.
Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirməmeyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadanasılılığı artırır. Bununla yanaşı, şifahi attestasiyanın təşkiliəlavə maliyyə və inzibati yük yaradır, komissiyalarınformalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlətvəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.
Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəribiliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiyakeçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsiilə yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsinəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi vəonların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsilmüəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyətsəviyyəsinin artırılmasına nail olunacaq.
Eyni zamanda, sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisasüzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsindətəhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik vəbacarıqlarının daim artırılmasını təşviq edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqüçüncü oxunuşda qəbul edilib.