Bakı. Trend:
İran, ABŞ və İsrail arasında 2 həftəlik atəşkəsinrazılaşdırılmasına baxmayaraq, Küveyt və Səudiyyə Ərəbistan İran vəonun müttəfiqləri tərəfindən dron hücumlarına məruz qaldıqlarınıbildirirlər.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Küveyt XİN-in açıqlamasında deyilir ki, pilotsuz uçuş aparatlarıhücumları cümə axşamı gecəsi Küveytin bəzi həyati əhəmiyyətliobyektlərini hədəfə alıb.
Eyni zamanda, Səudiyyə Ərəbistanının dövlətə məxsus Saudi PressAgency agentliyi anonim rəsmi şəxsə istinadən bildirir ki, müharibəçərçivəsində baş vermiş son hücum ölkənin mühüm Şərq–Qərb neftkəmərinə ziyan vurub. Bu kəmər nefti Qırmızı dənizə nəql edir vəİranın hərbi əməliyyatlarda fasilə olmasına baxmayaraq nəzarətdəsaxladığı Hörmüz boğazından yan keçməyə imkan verir.
Küveytin açıqlamasından sonra İranın İslam İnqilabı KeşikçiləriKorpusu (SEPAH) Fars körfəzi ölkələrinə qarşı hücumlar həyatakeçirdiyini inkar edib. SEPAH bunu ABŞ və İsrailin dezinformasiyasıkimi qələmə verib.