AZ

“Uitkoff və Kuşner Vladimir Putinə həddindən artıq etibar edirlər” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Rusiya lideri Vladimir Putinlə “həddindən artıq çox vaxt keçirdiklərini” və buna görə də ona etibar etdiklərini bildirib.

Herbiand.az xəbər verir ki, o, bu barədə “The Guardian” qəzetinə verdiyi müsahibədə danışıb.

“Problem ondadır ki, onlar Putinə etibar edirlər. Çox təəssüf”, - Ukrayna prezidenti deyib.

Zelenskinin sözlərinə görə, Tramp və onun ətrafı Rusiyanın məqsədlərini başa düşmədilər və Vaşinqtonun danışıqlara yanaşması qüsurludur. O, həmçinin hesab edir ki, Amerika tərəfi Donbassı Ukrayna üçün heç bir əhəmiyyət kəsb etməyən ərazi kimi görür.

Ukrayna lideri Ağ Evi Rusiyanın İrana Amerikanın Yaxın Şərqdəki bazalarına zərbə endirməyə kömək etdiyinə inandırmağa çalışdığını, lakin Vaşinqtonun ona inanmadığını bildirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr