AZ

Cabir İmanovun çəkildiyi səhnəcik Türkiyənin məşhur kanalında - VİDEO

Mərhum Əməkdar artist Cabir İmanovun “Parni iz Baku” KVN teatrının konsertlərindən birində çəkildiyi “Sa qurban olum” səhnəciyi Türkiyə mediasında viral olub.

“Yeni Sabah” xəbər verir ki, həmin kadrlar “Kanal 3”də yayımlanan “Selim Bakal ile Ana Haber” proqramında göstərilib.

Aparıcı kadrları təqdim edərkən bildirib: “Kişilər bəzən sevgi sözlərini deyə bilmirlər. "Sən sevirəm" deyə bilmirsinizsə və ya qadını sevdiyinizi göstərmək istəyirsinizsə, bunun öz üsulları var. Üstəlik ikisi də eynidir. "Sənə qurban olaram" deyib, bütün məsələni həll edə bilərsiniz”.

Xatırlatma: Cabir İmanov ötən ilin sentyabrın 29-da idman zalında ürək tutması səbəbilə vəfat edib.

 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
13
3
yenisabah.az

4Mənbələr