Bakı. Trend:
İsrail və Livan atəşkəsin əldə olunması və uzunmüddətli sülhünbərqərar edilməsi məqsədilə rəsmi danışıqlara başlayırlar.
Trend-in İsrailKİV-lərinə istinadən verdiyi məlumata görə, dialoq Vaşinqtonda həriki ölkənin səfirlərinin iştirakı ilə diplomatik səviyyədəaparılacaq. Prosesin yerində birbaşa dəstəyi və əlaqələndirilməsiABŞ-nin Livandakı səfiri Mişel İssa tərəfindən təmin ediləcək.
Qeyd olunur ki, rəsmi təmasların başlanması barədə qərarVaşinqtonun regionda vəziyyətin sabitləşdirilməsinə yönəlmişintensiv diplomatik səylərindən sonra qəbul edilib.
Xatırladaq ki, bu addımdan əvvəl İsrailin baş naziri BinyaminNetanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığıbaş tutub. Söhbət zamanı Amerika lideri İsrail hökumətininbaşçısından İsrail Müdafiə Qüvvələrinin (IDF) Livan ərazisindəkihədəflərə endirdiyi zərbələrin intensivliyini azaltmağı xahiş edib.Ağ Evin mövqeyinə görə, deeskalasiya planlaşdırılan İranla mümkünatəşkəsin pozulmasının qarşısını almaq və diplomatiya üçünəlverişli zəmin yaratmaq baxımından zəruridir.