ABŞ Prezidenti Donald Trampın NATO Baş katibi Mark Rutte ilə Ağ Evdə keçirdiyi görüşdə alyansa üzv ölkələrin ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə “passiv qalması” səbəbilə “qəzəbini boşaltdığı” iddia olunub.
"Cebheinfo.az" xəbər verir ki, "Politico" saytının üç avropalı rəsmi və mövzu barədə məlumatlı mənbələrə istinadən yaydığı xəbərdə.Tramp və Ruttenin aprelin 8-də Ağ Evdə keçirdiyi görüşə toxunulub.
Görüşün “gərgin” keçdiyi bildirilən xəbərdə Trampın NATO müttəfiqlərinin müharibədə “passiv qalması” səbəbilə görüş zamanı Rutteyə “qəzəb püskürdüyü” irəli sürülüb.
Qeyd olunub ki, Tramp NATO ölkələrinin dəstək verməməsinə qarşı “qarşılıq verməyi planlaşdırdığına" işarə vurub və görüş ümumilikdə “təhdid dolu” atmosferdə keçib.
NATO sözçüsü Allison Hart isə "Politico:-ya açıqlamasında görüşün pis keçdiyi iddialarını təkzib edib. O bildirib ki, Tramp və Rutte “səmimi” və “konstruktiv” bir müzakirə aparıblar.
Rutte görüşdən sonra CNN-ə verdiyi açıqlamada Trampın NATO müttəfiqlərinin İran müharibəsinə dəstək məsələsində məyus olmasını anladığını, lakin vəziyyətin tam olaraq “ağ-qara” olmadığını və bir çox müttəfiqin öhdəliklərini yerinə yetirdiyini qeyd edib.