AZ

Azərbaycanda cərimələr üçün minimum hədd təklif olunur

Bakı. Trend:

Cinayət Məcəlləsində bir sıra maddələr üzrə konkret cəriməməbləğlərinin minimum həddləri müəyyənləşdirilməlidir.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünküplenar iclasında deyib.

Yeni dəyşiklikdə dövlət vəsaitindən təyinatı üzrə istifadəedilmədikdə xeyili miqdarda törədildikdə cinayət predmetinindəyərinin, yəni təyinatından kənar istifadə olunan vəsaitin 100faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərətutulur. Mövcud mətndə cərimələr 9-13 min manat intervalındadəyişir.

Millət vəkili bildirib ki, yeni dəyişikliklər ilə fiks cəriməmexanizmdən faiz meyarına keçidi reallaşdırır:

“Təklif edərdim ki, bu maddə üzrə konkret cərimə məbləğlərininminimum həddləri müəyyənləşdirilsin. Çünki bu zaman dövlətvəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrəcərimələrin minimum məbləği müəyyənləşə bilər. Təklif edirəm ki,müzakirə etdiyimiz dəyişiklik bu redaktədə təqdim olunsun: “Dövlətvəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdardatörədildikdə minimum əmək haqqının bəlli mislindən az olmamaq şərtiilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadəolunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdanmərhum edilsin”. Burada minimum əmək haqqı misli ilə bağlı konkretrəqəm qanunverici dəyişiklik təşəbbüsü ilə çıxış edən qurumtərəfindən müyyənləşdirilə bilər”.

Deputat xatırladıb ki, dəyişikliklərdən biri bu yuxarıda nəzərdətutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət predmetinindəyərini (təyinatından kənar istifadə olunan vəsaitin) tamamiləödədikdə cinayət məsuliyyətindən azad olunmasıdır:

“Cinayət Məcəlləsi ilə xeyili miqdarda ziyan 50-250 min manatarası ziyan, külli miqdarda isə 250 min manatdan çox olan ziyankimi təsnifləşdirilir. İnkişaf etmiş ölkələrdə, eləcə də bir sıraMDB dövlətlərində məsuliyyətdən azad olunma halı sadəcə kiçikməbləğli cinayət törədənlərə şamil edilir. Xeyili miqdarda ziyanınməbləği Azərbaycanda minimum əmək haqqının 125 mislindən 625 misliarasında dəyişir, külli miqdarda olan ziyan isə minimum əməkhaqqnın 625 mislindən baslayan rəqəmlərlə ifadə olunur. Ona görə,bu maddə üzrə dəymiş ziyanın məbləğinin konkretləşdirilməsinə vəhəmin halın böyük rəqəmlər ilə ifadə olunan vəsait yayındırmalarınaşamil olunmaması təklif edirəm”.

Məqalədə:
Seçilən
9
15
az.trend.az

10Mənbələr