AZ

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

Milli Məclis minatəmizləmə fəaliyyəti zamanı həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsini ilk oxunuşda qəbul edib.

Publika.az xəbər verir ki, qanun layihəsi Vergi Məcəlləsi, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutur və məqsəd bu kateqoriyadan olan ailələrin sosial müdafiəsini gücləndirməkdir.

Dəyişikliklərə əsasən, həlak olan minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulan aylıq gəlirindən 400 manat azaldılacaq, həmçinin onların övladları dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil aldıqları halda təhsil haqları dövlət büdcəsi hesabına qarşılanacaq.

Seçilən
21
5
publika.az

6Mənbələr