Azərbaycan Premyer Liqasının XXVII turunda “Karvan-Yevlax” doğma meydanda “Kəpəz”i qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Gəncə təmsilçisində müdafiəçi Dieqo Verdaşka cəzalı, Məqsəd İsayev və Ohori isə zədəlidir.
Yevlax klubunda isə üç futbolçu – Əli Abdullayev, Araz Abdullayev və İbrahim Qədirzadə zədə səbəbindən meydana çıxa bilməyəcəklər.
“Karvan-Yevlax” – “Kəpəz” görüşü bu gün saat 15:30-da start götürəcək.