Avstraliya hökuməti qərar verərsə, gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazına hərbi gəmi göndərə bilər.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin ali hərbi komandanı admiral Devid Conston ABC-yə bildirib.
"Hazırkı şərtlər daxilində ora gəmi göndərə biləcəyimizə tamamilə əminəm. Hörmüz boğazındakı hazırkı vəziyyətdə Hərbi Dəniz Qüvvələrimizin fəaliyyət göstərmək qabiliyyətinə şübhəm yoxdur", - deyə o bildirib.
Baş nazirin müavini Riçard Marles öz növbəsində vurğulayıb ki, Avstraliyanın gəmiçilik təhlükəsizliyinin təmin edilməsində iştirakı "müzakirə mərhələsindədir" və son qərar tərəfdaşlarla məsləhətləşmələrdən asılı olacaq.