Türkiyəli aktrisa Hazal Kaya psixoloq və taroloqlara xərclədiyi pullardan gileylənib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Tanınmış türk aktrisa Hazal Kaya şəxsi inkişaf mütəxəssislərinə və falçılara marağından bəhs edərkən maraqlı etiraf edib.
O bildirib ki, keçmişdə psixoloqlar, “reiki” mütəxəssisləri və enerji terapevtlərinə xərclədiyi pullarla indi kifayət qədər daşınmaz əmlak sahibi ola bilərdi.
“Psixoterapevtlərə və enerji mütəxəssislərinə verdiyim pullarla hazırda çoxlu daşınmaz əmlakım olardı”, – aktrisa qeyd edib.
Hazal Kaya sonda vurğulayıb ki, insanın özünə məxsus bir neçə mənzilinin olması, kənar şəxslərin verdiyi məsləhətlərdən və kart fallarından daha çox təşvişi, həyəcanı aradan qaldırır.
Xuraman Etibarlı
İnterpress.az