AZ

"Süni intellektin mənəviyyatı yoxdur" - Hikmət Babaoğlu

"Süni intellekt fikrin yaradıcılığı, kəşfi kimi vasitələrdən ibarətdir və qeyd etməliyəm ki, bu vasitələr bəşəri mənəviyyatı və insani dəyərləri gücləndirir. Çünki süni intellektin mənəviyyatı yoxdur, lakin insan mənəviyyatın bir parçasıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu bildirdi.

O əlavə etdi ki, yazdığı bir məqalədə vurğulayıb ki, "Homo Sapiens" mərhələsindən sonra "Homo İnformatikus" və daha sonra yeni bir termin kimi "Homo Hibridicus" mərhələsi gələcək:

"Lakin etiraf etməliyəm ki, həmin terminləri işlədərkən biz bunun bu qədər qısa müddətdə baş verəcəyini gözləmirdik. Cəmi 10–12 il keçdi və bu gün artıq həmin prosesin içindəyik. İnsan və maşının hibridləşdiyi mərhələ artıq reallıqdır. Əgər süni intellekt vasitəsilə istehsal olunan texnoloji imkanlar bizim mənəviyyatımıza təsir göstərir, dəyərlərimizin deqradasiyasına səbəb olursa, biz bunu yalnız mənəvi komponentlərlə cilovlaya bilmirik. Bu halda yeganə effektiv vasitə hüquqi tənzimləmədir. Qəbul edilən qanunlar və ümumilikdə qanunvericilik sistemi də məhz bu məqsədə xidmət edir. Hesab edirəm ki, bu proses yalnız başlanğıcdır. Süni intellekt həyatımıza və ictimai münasibətlər sisteminə daha çox təsir etdikcə, hüquqyaratma fəaliyyəti də genişlənməli, bu münasibətlər hüquqi baxımdan dəqiq və sistemli şəkildə tənzimlənməlidir".

NURİYYƏ

Seçilən
20
1
redaktor.az

2Mənbələr