AZ

Siyavuş Novruzo: “Fırıldaqçıların məqsədi budur”

“Ondan-bundan, uzaqdan və yaxından götürülmüş fotoşəkillər, həmin şəxslərin görüntüləri, hər hansı bir ünvana qədər əldə olunmuş materiallar, eləcə də sənaye və hərbi sistemlərdə, həmçinin səhiyyə sektorunda istifadə olunan süni intellekt texnologiyalarından istifadə etməklə ortaya çıxarılan fotoşəkillərdən söhbət gedir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, fırıldaqçıların məqsədi vətəndaşların hüquqlarını pozmaq, ümumiyyətlə şəxsi həyatın toxunulmazlığını zədələmək, onların mənəvi və ya siyasi həyatını təhrif olunmuş formada cəmiyyətə təqdim etməkdir:

“Xüsusilə əxlaqi və mənəvi dəyərlərin güclü olduğu Azərbaycan cəmiyyətində bu kimi hallarla insanlar müxtəlif aşağılayıcı ifadələrlə hədəfə alınır. Bu şəxslər süni intellekt texnologiyalarından istifadə edərək Azərbaycan dövlətinə, Azərbaycan ordusuna, Azərbaycan xalqına və ümumilikdə ölkəmizə qarşı yalan və əsassız məlumatlar yayır, insanların şəkillərini manipulyasiya edərək ictimaiyyətə təqdim edirlər. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, bu cür hallar həm beynəlxalq hüquq normalarına ziddir, həm də Azərbaycan qanunvericiliyinə, o cümlədən Azərbaycan Konstitusiyasına uyğun deyil və bu sahədə qəbul edilən qanunvericilik aktları məhz bu cür pozuntuların qarşısını almağa yönəlib”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
15
3
yenisabah.az

4Mənbələr