MTV kanalının aparıcısı Gülnar Səhliyarlı canlı efirdə psixoloqların ünvanına deyinib.
"Cebheinfo.az" milli.az-a istinadən xəbər verir ki, o, psixoloqların məşhurlara dair sözlərlə öz adlarını tanıtmağa çalışdıqlarını vurğulayıb.
Aparıcı qeyd edib ki, bu cür davranışlar peşə etikasına ziddir:
"Yaxşı üsul tapıblar. Məşhurlara söz ataraq məşhurlaşmağa çalışırlar. O psixoloqların bəzilərinin özlərinin psixoloqa ehtiyacı var".
"Cebheinfo.az"