Bakının Keşlə qəsəbəsində yerləşən 2,8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.BUTA.TVTeleqraf-a istinadən xəbər verir ki, 1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur. Şirkətin rəsmi saytına əsasən, qurumun baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlanılsa da, qeyd olunan nömrəyə zəng çatmayıb. Qeyd edək ki, Aztəsərrüfat MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.