AZ

“Azərpoçt” 55-ci Beynəlxalq yazı müsabiqəsini elan edir

Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən təşkil olunan 55-ci Beynəlxalq yazı müsabiqəsinə start verilib. Azərbaycanda müsabiqənin rəsmi təmsilçisi və təşkilatçısı “Azərpoçt” MMC-dir.

“İki sahil” xəbər verir ki, layihə gənclərin yazı bacarıqlarını inkişaf etdirməyə və onların fikirlərini beynəlxalq səviyyədə ifadə etməsinə imkan yaradır.

Bu ilin mövzusu: “Rəqəmsal dünyada insan əlaqələri nə dərəcədə əhəmiyyətlidir?”

Mövzu rəqəmsallaşma fonunda insani ünsiyyətin və emosional bağların əhəmiyyətini ön plana çəkməyə yönəlib.

İştirak qaydaları:

Müsabiqədə 9-15 yaş arası məktəblilər iştirak edə bilər;
 Yazı maksimum 800 söz həcmində olmalı, əl yazısı ilə ingilis dilində yazılmalıdır;
 Yazı başlıq, salamlama, əsas mətn və yekun hissədən ibarət olmaldır;
Yazının sonunda imza hissəsi (ad, soyad, ata adı. təhsil aldığı məktəb və əlaqə nömrəsi) qeyd olunmalıdır;
 Süni intellektdən istifadəyə icazə verilmir və bu, müvafiq qaydada yoxlanılır;
 Yazı ilə yanaşı iştirakçının yüksək keyfiyyətli fotosu (5x7 ölçüsündə çap şəklində) təqdim edilməlidir;
 20 aprel 2026-cı il yazının son göndərilmə tarixidir.
Yazılar “Azərpoçt” MMC-nin Üzeyir Hacıbəyli küçəsi 72 ünvanında yerləşən İctimaiyyətlə əlaqələr şöbəsinə təqdim edilməlidir.

Əlaqə: [email protected] 

Seçim prosesi:

Ölkədaxili mərhələ: Yazılar peşəkar müəllimlər tərəfindən qiymətləndirilir, ən yaxşı 3 iş seçilir. 1-ci yerin qalibi beynəlxalq mərhələdə Azərbaycanı təmsil edir. Digər qaliblər və iştirakçılar hədiyyə və sertifikatlarla təltif olunur.

Beynəlxalq mərhələ: Ölkələrdən seçilmiş namizədlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir. 1, 2 və 3-cü yerlərin sahibləri qızıl, gümüş və bürünc medallarla mükafatlandırılır. Qalibə beynəlxalq tədbirdə iştirak imkanı yaradılır.

Seçilən
13
ikisahil.az

1Mənbələr