AZ

ADB Azərbaycanda yeni BOEM layihələrini dəstəkləməyə hazırdır

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sahəsində layihələri dəstəkləməyə hazırdır.

Bunu "Report"un sualına cavabında ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal "Asiyanın İnkişaf Perspektivləri" (Asian Development Outlook, ADO) icmalının aprel sayının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

Nümayəndəliyin rəhbəri qeyd edib ki, Avropa karbohidrogenlərdən asılılığını azaltmaqda son dərəcə maraqlıdır:

"Buna görə də onlar bərpa olunan enerji mənbələrinə diqqət yetirirlər. Azərbaycan günəş enerjisinin inkişafına da böyük sərmayə qoyur. Biz artıq özəl sektorda əməliyyatlarımız vasitəsilə Energetika Nazirliyi ilə birgə üç çox böyük layihəyə investisiya yatırmışıq. Gələcəkdə enerji təhlükəsizliyi baxımından külək enerjisinin inkişafında iştirak imkanlarını nəzərdən keçiririk - onun böyük potensialı var. Düşünürəm ki, perspektivlər kifayət qədər müsbətdir. Yəni sizin həm qalıq yanacaq, həm də zəngin bərpa olunan enerji ehtiyatlarınız var. Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycan çox əlverişli mövqedədir. Lakin bu, investisiya qoyuluşu tələb edəcək və biz bu məsələdə hökuməti dəstəkləmək üçün buradayıq".

Seçilən
15
far.az

1Mənbələr