AZ

Azərbaycanda taksi qiymətləri BAHALAŞIR?

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Taksi ilə sərnişin daşımalarda istifadə olunan avtomobillərlə bağlı yeni tələblər hazırlanacaq. Yeni qaydaların texniki göstəricilər, həmçinin avtomobillərin daxili və xarici görnüşünü də əhatə edəcəyi bildirilir.Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yeni Sabah-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı prosesin hələ başlanğıc mərhələsində olduğunu bildirib."Qərarda da göstərilir ki, müvafiq sənəd və qaydalar 2 ay müddətində hazırlanmalıdır. Proses ilkin mərhələdədir. Yəni əvvəlcə həmin təklifləri ərsəyə gətirmək lazımdır. Bundan sonra dəyişikliyin real proseslərə necə təsir göstərəcəyi aydın olacaq. Bu baxımdan indidən "qiymətlərə necə təsir edəcək?" sualını qəti şəkildə cavablandırmaq düzgün deyil.Qərar əsasən nəqliyyat vasitələrinin daxili və xarici tərtibatı ilə bağlı məsələlərin nəzərdən keçirilməsini əhatə edir. Söhbət sürücü haqqında məlumat lövhəsinin olmasından, post-terminalın quraşdırılmasından, avtomobilin təmiz və səliqəli saxlanılmasından, xarici görnüşünün normal olmasından, eləcə də avtomobilin istehsal ili kimi meyarlardan gedir".Ekspertin fikrincə, yeni tələblərə uyğun gəlməyən taksilər mərhələli şəkildə sistemdən çıxarıla bilər:"Hazırda Bakıda təxminən 41-42 min taksi qeydiyyatdan keçib. Amma Bakı şəhəri üzrə limitin 25 min olması nəzərdə tutulur. Bu o deməkdir ki, tələblərə uyğun gəlməyən avtomobillər mərhələli şəkildə sistemdən çıxarıla bilər, uyğun olanlar isə fəaliyyətini davam etdirəcək.Burada belə bir yanaşma da var ki, tələblərə cavab verməyən taksilərə kart verilməsin, əgər verilibsə də, həmin kart ləğv olunsun. Amma bu məsələ müəyyən hüquqi mübahisələr yarada bilər. Çünki vətəndaş haqlı olaraq sual verə bilər ki, eyni avtomobilə bir il əvvəl kart verilibsə, indi niyə həmin kart ləğv edilir?Bu səbəbdən də gələcəkdə narazılıqlar və hüquqi mübahisələr yarana bilər. Ona görə də bu qaydaları hazırlayacaq aidiyyəti qurumlar məsələyə çox diqqətlə yanaşmalıdır".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
3
news.milli.az

10Mənbələr