AZ

Zelenski hələ də Yermakla əlaqədədir Media

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçmiş administrasiya rəhbəri Andrey Yermak arasında ünsiyyətin davam etdiyi ehtimal olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” mənbələrə istinadən məlumat yayıb.

“Yermakın Zelenskiyə təsiri azalır. Lakin hakimiyyətdə olan bir çox insan hələ də Yermakın dövründən qalıb. Ofisdəki demək olar ki, bütün müavinlər onun rəhbərliyi altında işləyiblər.

Onun bütün keçmiş müavinləri hazırda Ukrayna Prezidenti Aparatının yeni rəhbəri Kirill Budanovamaksimum sədaqət nümayiş etdirməyə çalışırlar”, – deyə bildirilib.

Qeyd edək ki, Zelenskinin keçmiş ofis rəhbəri istefadan sonra “Ukrayna üçün Ədalət” QHT-sini təsis edib.

Xatırladaq ki, 2025-ci il, noyabrın 28-də axşam Zelenski Yermakın istefasını qəbul edib və həmin gün antikorrupsiya rəsmiləri onun mənzilində axtarış aparıblar.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
globalinfo.az

1Mənbələr