AZ

Süni intellekt qiymətləndirməsində insan nəzarəti və etik prinsiplər vacibdir - Beynəlxalq təhsil mütəxəssisi

Bakı. Trend:

Süni intellektdən istifadə zamanı yüksək səviyyəliqiymətləndirmə üçün etik prinsiplərin dərindən bilinməsivacibdir.

Trend xəbərverir ki, bunu Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri,beynəlxalq mütəxəssis Dr. Hanan Khalifa Dövlət İmtahan Mərkəzininyaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən“Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya”mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində keçirilən"Süni intellekt dövründə qiymətləndirmə savadlılığı: İslahatlarıneffektivliyini təmin edən bacarıqların formalaşdırılması" adlipanel müzakirəsində bildirib.

Onun sözlərinə görə, biz süni intelllektin önündə olmaqlazımdır, arxasınc düşmək yox:

"Süni intellekt tərəfindən aparılan qiymətləndirmə prosesimütləq insan nəzarətindən keçir. İnsan yalnız texniki nəticələrideyil, həm də onların etik və mədəni həssaslığınıqiymətləndirir.

Təlim datasında milyonlarla ssenari formalaşdırılır və busəbəbdən süni intellektdən istifadə zamanı yüksək səviyyəliqiymətləndirmə üçün etik prinsiplərin dərindən bilinməsi vacibdir.Eyni zamanda, süni intellektin gəldiyi nəticələri ictimaiyyətəanlaşılan şəkildə izah etmək də mühüm əhəmiyyət daşıyır. Yəni,qiymətləndirməni süni intellekt aparır, lakin onun şərhini insanverir.

Əgər bu qiymətləndirmə nəticələrindən istifadə edən şəxsləronları başa düşmürsə, etibar formalaşmır, əksinə, yalnız asılılıqyaranır. Bu baxımdan, qiymətləndirmə qurumlarında nəticələri düzgünizah edə bilən kommunikasiya mütəxəssislərinin olması vacibdir. Buproses davamlı xarakter daşımalıdır. Texnologiya inkişaf etdikcə,onu anlamaq və onunla ayaqlaşmaq üçün daha sürətli və çevikdüşünmək bacarığına ehtiyac yaranır".

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr