AZ

Terrorizm yalnız fiziki müstəvidə deyil, həm də virtual məkanda geniş yayılıb Deputat

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Terrorizm və terror fəaliyyəti artıq qlobal xarakter alıb, bəşəri təhlükəyə çevrilib. Heç bir ölkə bu cür hadisələrdən tam sığortalanmayıb. Mahiyyət etibarilə terrorizm siyasi, ideoloji və dini məqsədlərlə cəmiyyətdə qorxu və təhdid yaratmaq yolu ilə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsindən danışarkən bildirdi.

O əlavə etdi ki, müasir dövrdə terrorizm yalnız fiziki müstəvidə deyil, həm də virtual məkanda geniş yayılıb:

"İctimai münasibətlərin rəqəmsallaşdığı bir şəraitdə informasiya məkanı da bu təhlükənin hədəfinə çevrilib. Sosial şəbəkələrdə məqsədli şəkildə informasiya terroru formalaşdırılır, dezinformasiya yayılır, ictimai rəyə təsir göstərməyə cəhd edilir. Bu kontekstdə Azərbaycanın maraqlarına, milli ideologiyasına, milli-mənəvi və dini dəyərlərinə qarşı yönəlmiş fəaliyyətlər xüsusi narahatlıq doğurur. Bəzi hallarda marjinal mühit formalaşdırılaraq milli dövlətçilik prinsiplərinə zidd mövqelər təşviq edilir və bu, dolayısı ilə başqa maraqlara xidmət edən informasiya təsirinə çevrilir. Son dövrlərdə baş verən müharibə fonunda sosial şəbəkələrdə yayılan məlumatları təhlil etdikdə, informasiya terrorunun konkret nümunələrini görmək mümkündür. Əsas problem isə ondan ibarətdir ki, mövcud hüquqi mexanizmlər bu cür fəaliyyətlərə qarşı hər zaman yetərli və operativ mübarizə aparmağa imkan vermir. Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsi və yeni çağırışlara uyğunlaşdırılması zəruri görünür".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
redaktor.az

2Mənbələr