AZ

“Lans” çempionluq yarışında növbəti zərbə aldı - İCMAL

28-ci turdan sonra PSJ “Lans”dan 4 xal aralandı.

Paytaxt klubunun ehtiyatda bir oyununun olduğunu da unutmayaq. Belə görünür ki, Fransada çempionluq intriqası ölməkdədi. PSJ qapıçı Safonovun kobud səhvinə baxmayaraq, “Tuluza” üzərində inamlı qələbə qazandı. Şimal derbisi, yəni “Lill” – “Lans” qarşılaşması böyük maraq doğururdu. Nə qədər qəribə olsa da, çempionluğa iddialı “Lans” səfərdə üç cavabsız qol buraxdı. İndi PSJ-nin 63, “Lans”ın 59 xalı var. Xalını 50-yə çatdıran “Lill” 3-cü pilləyə yüksəldi. Evdə “Marsel”i məğlub edən və xal hesabında bu komandaya çatan “Monako” da vacib qələbə qazandı. İndi hər iki komandanın 49 xalı var. “Lion” isə “Anje” ilə səfər oyununda gözlənilmədən büdrədi. Oyun “şirlər”in diqtəsi altında keçsə də, meydan sahiblərinin qapıçısı Koffinin fenomenal oyunu üzündən qolsuz bitdi. Qonaqlar oyun vaxtının 68 faizində topa nəzarət etdi, dəfələrlə təhlükəli vəziyyət yaratdı, ancaq qapıçı xarüqələr göstərdi.

Turun qalan oyunlarına gəlincə, “Havr” “Oser”lə heç-heçə etdi – 1:1. Bu hesab “Loryan” – “Paris” oyununda da qeydə alındı. “Mets”lə “Nant” bir-birinin qapısına yol tapa bilmədi. “Strasbur” “Nitsa”ya 3:1 hesabıyla qalib gəldi, “Renn” səfərdə “Brest”dən üstün oldu (4:3).

28-ci tur
PSJ – Tuluza 3:1

Dembele, 23; 33. Ramuş, 90+2. (47710)
PSJ: Safonov, Hakimi, Zabarnı, Paço, Ernandes, Zair-Emeri, Beraldo (Vitinya, 67), Li Kan İn (Neveş, 59), Due (Ramuş, 87), Dembele, Kvaratsxeliya (Mendeş, 68).

Monako – Marsel 2:2
Qolovin, 59. Baloqan, 74 – Quiri, 86. (10500)
Monako: Qradetski, Kerer, Zakariya, Fas, Teze, Kamara, Kulibali (Bamba, 65), Mavissa (Dyatta, 65), Akliuş (Adinqra, 84), Qolovin (Fati, 75), Baloqan (Biret, 84).
Marsel: Rulyi, Pavar, İqan-Rayli (Balerdi, 77), Medina, Vea (Emerson, 89), Höyberq (Abdelli, 89), Timber, Payşao, Traore (Nvaneri, 73), Quiri, Obameyanq.

Lill – Lans 3:0
Haraldsson, 44. Korreyya, 49. Fernandes-Pardo, 57-p. (48491)

Anje – Lion 0:0
(14721)

Havr – Oser 1:1
Ebonoq, 23 – Sinayoko, 15. (21053)

Loryan – Paris 1:1
Dyenq, 54 – Munetsi, 74. (16211)

Mets – Nant 0:0
(20591)

Strasbur – Nitsa 3:1
Qodo, 28. Enkiso, 36. Əl-Murabet, 42 – Mendi, 82. (30494)

Brest – Renn 3:4
Ebimbe, 4; 57. Labo, 70 – Blyas, 20. Lepol, 35-p.; 74-p. Embolo, 63. (15031)

1. PSJ 27 20 3 4 61-23 63
2. Lans 28 19 2 7 54-27 59
3. Lill 28 15 5 8 45-34 50
4. Marsel 28 15 4 9 55-37 49
5. Monako 28 15 4 9 49-39 49
6. Lion 28 14 6 8 41-29 48
7. Renn 28 13 8 7 47-40 47
8. Strasbur 28 12 7 9 46-34 43
9. Loryan 28 9 11 8 38-42 38
10. Tuluza 28 10 7 11 39-35 37
11. Brest 28 10 6 12 37-43 36
12. Anje 28 9 6 13 24-37 33
13. Paris 28 7 11 10 33-44 32
14. Havr 28 6 10 12 23-36 28
15. Nitsa 28 7 6 15 33-55 27
16. Oser 28 5 8 15 23-37 23
17. Nant 27 4 6 17 24-45 18
18. Mets 28 3 6 19 25-60 15

Bombardirlər: Paniçelli (Strasbur), Lepol (Renn) - 16, Qrinvud (Marsel) - 15, Eduar (Lans) - 12.

Növbəti turun oyunları aprelin 10-12-si aralığında keçiriləcək: Paris – Monako, Marsel – Mets, Oser – Nant, Renn – Anje, Nitsa – Havr, Tuluza – Lill, Lion – Loryan.

“Brest” – “Strasbur”, “Lans” – PSJ oyunları təxirə salınıb.

Turun rəqəmi
6 – “Lion”un çempionatda qələbəsiz oyunlar seriyası bu həddə çatdı. Bütün turnirləri nəzərə alsaq, bu seriya 9 oyuna bərabərdi (5 heç-heçə, 4 məğlubiyyət). Yeri gəlmişkən, “Real”dan icarəyə götürülən Endrik son 10 oyunda yalnız 1 qol vurub.

Turun ulduzu
Matias Fernandes-Pardo (Lill) – gənc belçikalı hücumçu həm ilk qolun ötürməsini verdi, həm də penaltini qola çevirməklə fərqi darmadağın həddinə çatdırdı. Təcrübəli Olivye Jiru ilə birgə “şimallı itlər”in uğurlarının əsas memarlarındandı.

Turun sitatı
Paulo Fonseka, “Lion”un baş məşqçisi:
“Məyusedici nəticədi. Taktiki cəhətdən hər şeyi düz etdik, dominantlıq etdik, qol vəziyyətləri yaratdıq. Ancaq futbol qollar deməkdi. Belə üstünlük fonunda qol vura bilmirsənsə, 3 xalı haqq etmirsən”.


Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Ramuşa münasibətdə ədalətsiz davranıram? Məşqçinin həyatı çətindi. Oyunu necə qazanmağı, futbolçuların formasını qorumağı düşünürsən. Hər beynəlxalq fasilədən sonra bunu etmək çox çətindi. Titullar qazanmaq üçün çoxlu oyunçu lazımdı. Bu gün Ramuş 5 dəqiqə oynadı və qol vurdu. O daim əsas heyətdə yer almaq uğrunda mübarizə aparır. Onunla bağlı etdiklərim ədalətsizlikdi, o mənə səhvə yol verdiyimi göstərir”.
Seçilən
6
1
football-plus.az

2Mənbələr