AZ

Hanan Xalifa: Süni intellekt vasitələrindən istifadə edərkən tənqidi düşüncəmizi qorumalıyıq

Bakı, 10 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi keyfiyyətə nə qədər diqqət yetirdiyini və ədalətli qiymətləndirmə modelinin tətbiq edildiyini davamlı şəkildə göstərir.

AZƏRTAC xəbər verir ki, buni Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa “Süni intellekt dövründə qiymətləndirmə savadlılığı: islahatların effektivliyini təmin edən bacarıqların formalaşdırılması” adlı məruzə ilə çıxış edərkən deyib.

Hanan Xalifa bildirib ki, qiymətləndirmə savadlılığı yeni termin deyil, 1980-ci illərdən mövcuddur: “Lakin süni intellekt üzrə qiymətləndirmə savadlılığı bizim üçün həqiqətən yeni anlayışdır. Biz süni intellektin dalınca düşməməli, onun qarşısında olmalıyıq. Lakin bu vasitələrdən istifadə etsək belə istər təqdimatların, istərsə də çıxış mətnlərinin hazırlanmasında biz tənqidi düşüncəmizi qorumalıyıq. Verilən məlumatları mütləq araşdırmalı, yenidən yoxlamalı və özümüzə xatırlatmalıyıq ki, əlavə tədqiqat vacibdir. Eyni zamanda, tələbələrimizə öyrətməliyik ki, onlar bu vasitələrdən kor-koranə istifadə etməsinlər”.

Müxbirlər - Aysel Azadqızı və Aytac Babayeva
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Seçilən
9
3
azertag.az

4Mənbələr