AZ

Azərbaycanda terror fəaliyyəti ilə bağlı cəzalar sərtləşdirilir

Bakı. Trend:

Azərbaycanda terror təşkilatı yaratma, ona rəhbərlik etmə və yaonun fəaliyyətində iştirak etməyə görə sanksiyalarmüəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədəqanun layihəsinda öz əksini tapıb.

Qanun layihəsinə əsasən, terror təşkilatı yaratma, yaxud həmintəşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə on ildən ondörd ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.

Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştiraketmə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.

Yuxarıdakı abzasda nəzərdə tutulan əməli törətmiş şəxshakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsullacinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatınıyaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və yaonu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə vəonun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayətməsuliyyətindən azad ediləcək.

Həmçinin, Azərbaycanda təxribatın törədilmə üsullarınaəməli süni intellekt texnologiyalarından və xüsusi proqramtəminatlarından istifadə halları da daxil ediləcək.

Belə ki, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini,iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətməkməqsədilə əhalinin həyat təminatı və kritik informasiyainfrastrukturu obyektlərinin, enerji və nəqliyyatinfrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin,qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normalfəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitəzərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvizəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədləəməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqramtəminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətləretmə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindəntörədildikdə, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterlifövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanıtörədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadəetməklə törədildikdə, ehtiyatsızlıqdan insan ölümünə və ya digərağır nəticələrə səbəb olduqda on iki ildən iyirmi ilədək müddətəazadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Təxribat əməlin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyətorqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cürəməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqacinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azadediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.

Seçilən
26
16
az.trend.az

10Mənbələr