AZ

“E-müqavilə” altsistemi şəffaflığı və nəzarəti gücləndirəcək”-Cəsarət Hüseynzadə

Maliyyə Nazirliyinin tətbiqinə başladığı “e-müqavilə” altsistemi dövlət satınalmalarında şəffaflığın, operativliyin və nəzarət imkanlarının gücləndirilməsinə xidmət edir. “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a açıqlamasında bildirib: “Sistem müqavilələrin kağız daşıyıcılardan elektron mühitə keçirilməsini təmin edir, sənəd dövriyyəsini sadələşdirir, vaxt itkisinin və inzibati yükün azalmasına şərait yaradır”.

O qeyd edib: “Satınalma müqavilələrinin elektron formada hazırlanması, razılaşdırılması, imzalanması və göndərilməsi proseslərin daha çevik və sistemli aparılmasına imkan verir. Bütün mərhələlərin vahid platformada izlənilməsi hesabatlılığı və şəffaflığı artırır, gecikmə və uyğunsuzluqların daha operativ aşkarlanmasına şərait yaradır”.

"Bu altsistem dövlət vəsaitlərinin idarə olunmasında rəqəmsallaşmanın genişlənməsi, satınalma proseslərinin daha səmərəli təşkili və insan amilindən asılılığın minimuma endirilməsi baxımından mühüm yenilik hesab olunur”.

Zəhra Ağayeva

Seçilən
9
qht.az

1Mənbələr