AZ

Konkurçular “Bahar” Kubokunda üç kateqoriya üzrə yarışacaqlar

Bakı, 10 aprel, AZƏRTAC

Konkur üzrə “Bahar” Kuboku turniri keçiriləcək.

Azərbaycan Atçılıq Federasiyasından AZƏRTAC-a bildirilib ki, Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klubları, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq. İdmançılar 3 kateqoriyada - hündürlüyü 90 (A kateqoriyası), 115 (L kateqoriyası) və 125 santimetr (M kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar. Turnirin yekununa görə, hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.

Kubok aprelin 14-15-də keçiriləcək.

Seçilən
3
5
azertag.az

7Mənbələr