AZ

Yazıçılar Birliyindən Xanım İsmayılqızına yubiley təbriki

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tanınmış şair, bəstəkar, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Xanım İsmayılqızının 70 illik yubileyidir.

Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyi sevilən şairə yubiley təbriki ünvanlayıb. Təbrikdə Xanım İsmayılqızının jurnalist və şair kimi yaradıcılıq yoluna nəzər salınıb. Onun 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu qeyd olunub. Həmçinin, yubilyarın bəstəkar və tərcüməçi kimi fəaliyyətinə də diqqət ayrılıb, ölkə xaricində həyata keçirdiyi mühüm layihələrdən söz açılıb. 

Şairin “Kimlər keçir bu dünyadan” adlı ilk kitabı 1996-cı ildə işıq üzü görüb. Dünya işığından məhrum olan insanların – korların dünyasından, daxili aləmindən bəhs edən “Ruhun da gözü var” adlı fəlsəfi-publisistik kitabı 1997-ci ildə çap olunub. “Bir məndim, bir də özüm” (1997), “Ağ və qara” (2006), “Dua yağışı” (2014), “Səni göyə bağışladım” (2020, 2022), “Adı olmayan fəsil” (2021), “İlahi, yerimi demə” (2022), “Do və başlanır hər şey” (2024) şeir toplularının müəllifi olan X.İsmayılqızının poeziya nümunələri rus, Belarus, özbək, fars, polyak, türk, Niderland dillərinə tərcümə edilmiş, xarici mətbuatda dərc olunmuş, antologiyalara daxil edilmişdir.

“525-ci qəzet” olaraq biz də dəyərli şairimizi əlamətdar yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və daha böyük yaradıcılıq uğurları arzulayırıq!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
525.az

1Mənbələr