AZ

"Qarabağ"ın qarşıdakı oyuna neçə itki ilə çıxacağı bilindi

"Qarabağ"ın qarşıdakı oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Misli Premyer Liqasının 27-ci turu çərçivəsində sabah "Şamaxı"nın qonağı olacaq  Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov iki futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədə səbəbindən "aslanlar"a qarşı oynamayacaqsa, cinah müdafiəçisi Dani Bolt sarı vərəqə limitini doldurduğu üçün bu qarşılaşmanı kənardan izləyəcək.

"Şamaxı" - "Qarabağ" matçı 15:30-da başlayacaq. Turnir cədvəlinin 2-ci pilləsində mövqe tutan "köhlənlər"in 55 xalı var. 31 xala malik Şamaxı komandası 8-ci yerdədir.

Nihat

Seçilən
10
1
fanat.az

2Mənbələr