AZ

Bu il "Məşğulluğa dəstək layihəsi"nin ikinci fazasının icrasına başlanılması planlaşdırılır

Bakı, 10 aprel, AZƏRTAC

Dünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən "Məşğulluğa dəstək layihəsi"nin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramını genişləndirmək və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti ilə kiçik biznes imkanlarına sahib olmalarına dəstək göstərməkdir.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abasquliyev bildirib.

O deyib ki, layihə çərçivəsində işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanı yaradılır.

Ülvi Abasquliyev vurğulayıb ki, 2020-2025-ci illəri əhatə edən layihə çərçivəsində ümumilikdə 26 mindən çox şəxs özünüməşğulluq fəaliyyətinə cəlb edilərək əmlaklarla təmin olunub. Yasamal rayonu üzrə 548 nəfər olmaqla Bakı şəhərində 7606 nəfər əmlaklarla təmin edilib. Cari ildə isə layihənin ikinci fazasının icrasına başlanılması nəzərdə tutulur.

Müxbir - Günel Türksoy
Seçilən
16
1
azertag.az

2Mənbələr