AZ

Bricit Makrona kişi deyən dəli... Tramp

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Taker Karlson, siyasi şərhçi Kendis Ouens, jurnalist Meqin Kelli və radio aparıcısı Aleks Consu axmaq adlandırıb.

Axar.az xəbər verir ki, Tramp bununla bağlı özünün “Truth social” səhifəsində yazıb.

“Onlar axmaq insanlardır, bunu özləri də, ailələri də, başqaları da bilir!” - Tramp bildirib.

Tramp xüsislə Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun əvvəllər kişi olması barədə mübahisəli iddialar yayan Kendis Ouensin açıqlamalarına toxunub:

“Fransanın çox hörmətli birinci xanımının kişi olduğunu iddia edən dəli Kendis Ouens. Ümid edirəm ki, Bricit Makron hazırkı məhkəmə prosesində çoxlu pul qazanacaq. Əslində, mənim fikrimcə, Fransanın birinci xanımı Kendisdən daha gözəl bir qadındır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
axar.az

1Mənbələr