AZ

Şimali Koreya “Hwasongpho-11 Ka” taktiki ballistik raketinin sınağını keçirib

Koreya Xalq Demokratik Respublikasının Müdafiə Elmləri Akademiyası və Raket İdarəsi tərəfindən bir sıra sistemlərin sınaqları keçirilib.

“Poliqon” KCNA-ya istinadən xəbər verir ki, sınaqlar çərçivəsində elektromaqnit silah sistemi, karbon lifli saxta bombaların səpələnməsi, mobil qısamənzilli zenit-raket kompleksinin (ZRK) döyüş etibarlılığının yoxlanılması, eləcə də taktiki ballistik raketin kaset tipli döyüş başlığının əməliyyat tətbiqi və gücü qiymətləndirilib.

Bildirilib ki, elektromaqnit silah və karbon lifli bombalar müxtəlif sahələrdə fərqli hərbi vasitələrlə birgə tətbiq oluna bilən strateji xarakterli xüsusi vasitələrdir.

Sınaq zamanı “yer-yer” tipli “Hwasongpho-11 Ka” taktiki ballistik raketinin kaset döyüş başlığı ilə təchiz olunduqda 6.5-7 hektar ərazini yüksək sıxlıqlı zərbə ilə tamamilə məhv edə bildiyi təsdiqlənib.

Bundan əlavə, aşağı dəyərli materiallardan istifadə etməklə mühərrikin maksimum yükə davamlılığını yoxlamaq üçün atış sınağı da aparılıb.

Qeyd olunub ki, bu sınaqlar Şimali Koreya Silahlı Qüvvələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır və Raket İdarəsi ilə ona bağlı müdafiə elmi-tədqiqat institutlarının silah sistemlərini davamlı şəkildə inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə həyata keçirdiyi müntəzəm fəaliyyətlərin bir hissəsidir.

Seçilən
26
poliqon.az

1Mənbələr