AZ

Rus ordusu dronları məhv etmək üçün patronlar alacaq

Rusiyanın “Kalaşnikov” konserni dronları məhv etmək üçün nəzərdə tutulmuş və hücum tüfənglərinin istifadə edə biləcəyi xüsusi 5.45 mm-lik patronların hazırlandığını elan edib.

Herbiand.az xəbər verir ki, bu sursatlar döyüş meydanında dronlarla mübarizədə kiçik silahların effektivliyini artırmaq üçün nəzərdə tutulub.

Konserndən bildirilib ki, yeni patronlar AK-12 tüfəngi üçün nəzərdə tutulub və çoxelementli mərmiyə malikdir. Atışdan sonra güllə bir neçə hissəyə bölünür və bu da hava hədəfinə dəymə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Sınaqlar həm havada uçan dronlara, həm də əvvəlcədən müəyyən edilmiş trayektoriya üzrə hərəkət edən dronlara qarşı aparılıb.

Həmçinin qeyd edilib ki, bu patronların kütləvi istehsalını qurmaq və Rusiya ordusunda bu cür həllərin istifadəsini rəsmiləşdirməyi planlaşdırırlar.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr